SİYASƏT


Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 110 dəfə pozub

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu, Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.