Qubanın təbiət gözəli - Afurca şəlaləsi
21.06.2017 [11:48]
Xəbərin mətni
Quba-Afurca turizm marşrutunu turistlər üçün cəlbedici edən buradakı əsrarəngiz təbiət mənzərəsinə malik Afurca şəlaləsidir.
Afurca şəlaləsi Quba rayonun cənubunda yerləşir. O, təbiətin yaratdığı ən gözəl abidələrdən biri hesab olunur. Təxminən 60 metr hündürlükdən axan şəlalə geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən mühafizə edilir.