Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müdafiə Nazirliyi: Ermənistan növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından istifadə edib

22.06.2017 [11:37]

Xəbərin mətni
Ermənistan silahlı qüvvələri cəbhə xəttində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından istifadə edib. Müdafiə Nazirliyi bildirir ki, tətbiq edilən bu döyüş pilotsuz uçuş aparatları aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb.