İDMAN


İdmançı gözlənilmədən kürsünü tərk etdi

Gənclər arasında yüngül atletika üzrə Avropa çempionatında Belarus idmançısı Violetta Skvortsova 1-ci yeri tutaraq qızıl medala layiq görülüb. Mükafatlandırma zamanı isə Belarus himni deyil, Bosniya və Herseqovina himni səslənib. Buna etiraz edən idmançı kürsüdən düşüb və yerinə qayıtmayıb. Onu medalı əlindən alacaqları ilə hədələsələr də dediyindən geri dönməyib. Sonra isə təşkilatçılar təkrar mükafatlandırma mərasimi keçirəcəklərini bildiriblər.