Azərbaycan Dövlət İnformasiya Agentliyi

17 yaşlı yeniyetmə 2 erməni idmançıya vaxtından əvvəl qalib gəldi

02.08.2017 [20:41]

Azərbaycanlı 17 yaşlı yeniyetmə Gürcüstanın Batumi şəhərində keçirilən idmanın döyüş növləri üzrə beynəlxalq turnirdə uğurlu nəticə əldə edib. Ramazan Abdullayev K-1 qaydaları üzrə keçirilən döyüşlərdə I yerə layiq görülüb. İdmançı 55 kiloqram çəki dərəcəsində ardıcıl olaraq 2 erməni idmançısını vaxtından əvvəl məğlub edib.