İDMAN


Bakı Olimpiya Stadionu UEFA-ya təqdim olundu

İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Bakı şəhərinin UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin 2019-cu ildə keçiriləcək final oyununa namizədliyi ilə bağlı təqdimat olub. Hər iki turnirin final oyununa ev sahibliyi ilə bağlı AFFA-nın sifarişi ilə videoçarxları hazırlanıb. Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.