MƏDƏNİYYƏT


Bir-birindən maraqlı əl işləri ilə turistlərin diqqət mərkəzindədir

Tahirə Allahverdiyeva 15 ildir ki, dekorativ-tətbiqi sənətlə məşğuldur. Emalatxanasında bir-birindən maraqlı əl işləri hazırlayan rəssam bu gün şüşə üzərində vitraj sənəti, rəngkarlıq, toxuculuq və digər sənət növləri ilə məşğuldur. “ABAD”ın sənətkar ailələrinə göstərdiyi dəstək haqqında məlumat alan Tahirə xanım bura müraciət edərək, əl işlərindən gəlir əldə etməyə də başlayıb. Ölkəmizə gələn turistlər əl işlərinə böyük maraq göstərir.