“Gəncə Marafonu-2017”nin qalibləri mükafatlandırılıb
17.09.2017 [16:09]
Xəbərin mətni
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında keçirilən “Gəncə Marafonu-2017”nin kişi və qadın kateqoriyaları üzrə qaliblərinin mükafatlandırma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimi Heydər Əliyev Park Kompleksində keçirilib. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 000, ikinci yeri tutan 2 000, üçüncü yerə çıxan isə 1000 manat məbləğində pul mükafatı və xatirə hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər.