AZƏRTAC-ın futbol komandası “Huawei Tərəfdaşlıq Kuboku-2017” turnirində növbəti dəfə böyük hesablı qələbə qazanıb
23.09.2017 [13:09]
Xəbərin mətni
Sentyabrın 23-də “Huawei Tərəfdaşlıq Kuboku-2017” uğrunda mini futbol turnirinin qrup mərhələsinin üçüncü turuna start verilib. Turnirdə “A” qrupunda yer alan AZƏRTAC-ın komandası üçüncü turda “Aztelecom” kollektivi qarşılaşıb.
“Şəfa” stadionunda oynanılan görüşdə AZƏRTAC-ın komandası böyük hesabla qalib gəlib - 10:3. Oyunda jurnalistlərin heyətində Əfqan Poladlı rəqib qapısına beş dəfə yol tapıb, Roman İsmayılov isə dubl edib. Digər qolları Hümbət Məmmədov, Fuad İsmayılov və İlkin Cavanşirov vurublar.