ŞƏRHSİZ


Hannover zooparkı - xüsusi dizaynlı 7 tematik zona, 3 min heyvan

Bura Avropanın qeyri-adi zooparklarından biridir. Zooparkda 3 min heyvan xüsusi dizaynlı 7 tematik zonada saxlanılır. Burada təbiətə maksimum yaxın olan şəraitdə saxlanılan zürafələri, şirləri, qorillaları, şimpanzeləri, begemotları, kenquruları və digər heyvanları görmək olar. Yeri gəlmişkən, hər bir zonanın kiçik arenası var. Bu arenalarda gündə bir neçə dəfə müxtəlif heyvanların, o cümlədən dəniz heyvanlarının iştirakı ilə şoular keçirilir. Burada qayıq gəzintisinə çıxmaq olar.