Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zər qədrini zərgər bilər: Qəhrəmanımız gözoxşayan zərgərlik nümunələri yaradır

23.09.2017 [18:56]

Eduard Şamaryayev 19 ildir ki, zərgərliklə məşğuldur. Sənətkar emalatxanasında əsrarəngiz, gözoxşayan zərgərlik nümunələri hazırlayır. Zərgərin əl işləri bir çox ölkələrdəki sərgilərdə təqdim olunur. Turistlərin “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunan zərgərlik nümunələrinə çox böyük marağının olduğunu deyən Eduard bundan həvəslənərək fəaliyyətini daha da genişləndirmək niyyətindədir.