İDMAN


Güləşçilərimiz Vətənə qayıdıb

Beynəlxalq Hərbi İdman Şurasının (CISM) himayəsi altında Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatında iştirak edən Azərbaycan yığma komandası sentyabrın 26-da Vətənə qayıdıb. MOİK komandasının qatıldığı dünya çempionatında 4 qitəni təmsil edən 22 ölkədən 320-yə yaxın idmançı mübarizə aparıb. Dünya çempionatının sərbəst və yunan-Roma güləşi yarışlarında iştirak edən idmançılarımız 1-i qızıl, 3-ü gümüş və 6-sı bürünc olmaqla ümumilikdə 10 medal qazanıblar. Azərbaycan yığmasına qızıl medalı Qalib Əliyev qazandırıb. Sərbəst güləş üzrə Azərbaycan yığması komanda hesabında medalların sayına görə üçüncü olub və çempionatın kubokuna layiq görülüb. Yunan-Roma komandamız isə 22 milli arasında dördüncü olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır