İDMAN
Bakıda MDB və Baltikyanı ölkələrin, Gürcüstan Milli Olimpiya komitələrinin forumu işə başlayıb
29.09.2017 [14:37]
Xəbərin mətni
Sentyabrın 29-da Bakıda MDB və Baltikyanı ölkələrin, Gürcüstanın Milli Olimpiya komitələrinin ikigünlük forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya Həmrəyliyi” proqramı çərçivəsində keçirilən tədbirə 15 ölkənin Milli Olimpiya Komitəsini təmsil edən 50-yə yaxın nümayəndə qatılıb.