İDMAN
“Euronews” telekanalı azərbaycanlı cüdoçunun Qran-pridəki qələbəsini xüsusi vurğulayıb
01.10.2017 [13:01]
“Euronews” telekanalı Xorvatiyanın paytaxtı Zaqreb şəhərində cüdo üzrə Qran-Pri yarışı barədə süjet yayımlayıb. Süjetdə qalib idmançılardan danışılıb. Qeyd olunub ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub.