MƏDƏNİYYƏT


Turizm imkanlarımızı əks etdirən yeni videoçarx hazırlanıb

Milli Turizm Təbliğat Bürosunun dəstəyi ilə Azərbaycanın turizm imkanlarını əks etdirən yeni videoçarx hazırlanıb. “Red Bull” atleti Kenni Beleyin iştirakı ilə çəkilən videoçarxda Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və palçıq vulkanları əks etdirilib. Kenni Beley trial üslublu velosipedçidir və səyahətdə olan zaman belə velosiped sürmək üçün yeni yerlərin axtarışındadır. Bu dəfə onun hədəfi tarix etibarı ilə zəngin, quruluş etibarı ilə unikal olan Qobustan qoruğu olub. “Land of Bull” (“Öküzlər diyarı”) adlı layihənin dünya premyerası oktyabrın 10-da baş tutacaq.