MƏDƏNİYYƏT


"Rossiya-24” telekanalı paytaxtımızda keçirilən ikinci şopinq festivalı haqqında reportaj yayımlayıb

Andrey Şlyapnikovun müəllifi olduğu reportajda Bakı Şopinq Festivalı ölkədə turist axınının artırılmasına yönələn daha bir addım kimi dəyərləndirilir. Müəllif oxşar festivalların Türkiyə, Dubay və Sinqapurda keçirildiyini bildirir. Süjetdə deyilir ki, festivalda təkcə tanınmış dünya brendləri deyil, həmçinin gələcəkdə ixrac olunacaq mallarla ciddi rəqabət apara biləcək yerli brendlər də iştirak edir.