Sabah ölkə ərazisində yağış yağacaq
01.11.2017 [13:17]
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin tutulub açılacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında noyabrın 2-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.