Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikası ilə dövlət sərhədində təxribat törədib
02.11.2017 [17:17]
Xəbərin mətni
Noyabrın 2-də saat 12.30 radələrində Azərbaycan Respublikasının Tovuz rayonunun Qaralar kəndi Ermənistan silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təxribatın miqyasının genişlənməməsi məqsədilə Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.