SİYASƏT


NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində döyüş atışlı təlim keçirilib

Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində “N” saylı hərbi hissədə döyüş atışlı təlim keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim zamanı motoatıcı bölmənin təchizatı, avadanlığı, rabitə vasitələri ilə təminatı, eləcə də şəxsi heyətin ingilis dilini bilmə səviyyəsi, digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılığı, Ortaq Qüvvələr Birliyi tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası və döyüş atışlı məşğələlər yerinə yetirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır