Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstirahət günü hava çiskinli olacaq

11.11.2017 [12:54]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskin olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 10-13° isti, gündüz 15-18° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir.