Sabah ölkə ərazisində yağmurlu hava olacaq
14.11.2017 [13:08]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13° isti, gündüz 15-18° isti olacağı gözlənilir. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir.