Əli Həsənov: Etnik separatizmlə oynamaq olmaz
20.11.2017 [17:36]
Xəbərin mətni
Azərbaycanın təşəbbüsü ilə keçirilən bu Beynəlxalq Forum ərazi bütövlüyü pozulmuş, əhalisi öz yurd-yuvasından didərgin salınmış xalqlara, dövlətlərə və onların apardığı mübarizəyə dəstək olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilən beynəlxalq forumda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə müsahibəsində deyib.