MƏDƏNİYYƏT


“İpək Yolu qurman karnavalı”nda Azərbaycan pavilyonu böyük marağa səbəb olub

Çin Xalq Respublikasının paytaxtı Pekində “İpək Yolu qurman karnavalı” adlı qida festivalı keçirilib. AZƏRTAC xəbər verir ki, İpək Yolu Şəhərləri və Beynəlxalq Qastronomiya alyanslarının təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan da daxil olmaqla 14 ölkə, habelə onlarca yerli və xarici şirkət iştirak edib.