Azərbaycanın şimal bölgəsinə 20 santimetrdən çox qar yağıb
23.11.2017 [10:59]
Xəbərin mətni
Noyabrın 22-si axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarına qar yağıb. Hava şəraitinin kəskin soyuması ilə əlaqədar temperatur mənfi 2-8 dərəcəyədək enib.
AZƏRTAC xəbər verir ki, ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 22 santimetrə çatır, temperatur isə mənfi 8 dərəcə təşkil edir. Qusarın Ləzə kəndində 19, Xızının Altıağac qəsəbəsində isə 4 santimetr hündürlükdə qar yağıb.