Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah sulu qar yağacağı gözlənilir

24.11.2017 [13:07]

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir. Şəhərətrafı ərazilərdə yağışın arabir sulu qarla qarışıq yağma ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti olacağı gözlənilir. Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir...