Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Neft qoxan sənət əsərləri

02.12.2017 [18:51]

Azərbaycan və Gürcüstan Rəssamlar İttifaqlarının üzvü olan Sabir Çopuroğlu uzun illərdir ki, neftlə yaratdığı rəsmləri ilə tanınır. Onu digər rəssamlardan fərqləndirən bir cəhəti də əsərlərini barmaqları ilə çəkməsidir. Bu illər ərzində neftlə yaratdığı sənət əsərləri ilə Azərbaycanda və bir çox xarici ölkələrdə həm Azərbaycan rəssamlığını, həm də Azərbaycan neftinin təbliği üçün üçün çalışır. Onun yeganə davamçısı isə öz oğludur.