Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hava kəskin dəyişəcək - temperatur 6 dərəcə enəcək

04.12.2017 [13:18]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8° isti, gündüz 10-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacağı gözlənilir.