XƏBƏRDARLIQ:Temperatur 3-5 dərəcə aşağı enəcək, sulu qar yağacağı ehtimalı var
06.12.2017 [13:34]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.
Şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 5-8, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.