CƏMİYYƏT


Azərbaycanın şimal bölgəsinə 30 santimetrə yaxın qar yağıb

Dekabrın 6-sı axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarına qar yağıb. Hava şəraitinin kəskin soyuması ilə əlaqədar temperatur mənfi 8 dərəcəyədək enib. AZƏRTAC xəbər verir ki, ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 28 santimetrə çatır, temperatur isə mənfi 8 dərəcə təşkil edir. Xaltan kəndində 19, Qırızda 20, Qonaqkənddə 18, rayon mərkəzində isə 3 santimetr qar yağıb.