ŞƏRHSİZ


İnternet istifadəçiləri yanğında dovşanı xilas edən bu insandan danışır

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları 200 mindən çox insanın evlərindən təxliyyə edilməsinə səbəb olub. Yanğın artıq Los-Anceles şəhərinə yaxınlaşıb. Güclü külək isə alovun daha sürətlə yayılmasına səbəb olur. Yanğında meşə heyvanları da zərər çəkir. Sakinlərdən birinin dovşanı alovdan qorumaq üçün necə həyəcan keçirdiyi təsadüfən videoya düşüb. Həmin şəxs dovşanı tez qucağına götürərək təhlükəli ərazidən uzaqlaşır. Sosial şəbəkə istifadəçiləri belə dəhşətli yanğında ən xoş hadisənin məhz bu olduğunu yazıblar. Video: Reuters