CƏMİYYƏT


Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan konfrans keçirilib

Dekabrın 8-də Bakıda “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunub. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bildirib ki, Azərbaycan dövləti üçün insan hüquqları prioritet məsələdir. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra çoxsaylı beynəlxalq konvensiyalara qoşulduğunu xatırladıb.