CƏMİYYƏT


Qubanın dağlıq ərazilərindəki yollarda axşam saatlarında donma müşahidə edilir

Şimal bölgəsinə qarın yağması ilə əlaqədar Quba rayonunun dağlıq kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azəravtoyol” ASC-nin yerli idarəsinin canlı qüvvəsi və texnikaları Quba-İspik-Xınalıq və digər istiqamətlərdə yolları qardan təmizləsə də, sürücülər ehtiyatlı olmalıdırlar. Xüsusilə axşam saatlarında dağlıq ərazilərdəki yollardan mümkün qədər istifadə etməmək tövsiyə olunur. Saat 17:00-dan sonra bu yollarda donma müşahidə edilir.