CƏMİYYƏT


İstirahət günü hava yağmursuz keçəcək, bəzi yerlərdə çiskinli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-6, gündüz 9-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.