Sabah ölkə ərazisində hava küləkli olacaq
10.12.2017 [15:08]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-13° isti, Bakıda gecə 7-9° isti, gündüz 10-12° isti olacağı gözlənilir.