CƏMİYYƏT


Sabah hava yağmursuz keçəcək, bəzi yerlərdə çiskinli olacaq

Dekabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-8°, gündüz 9-13° isti olacağı gözlənilir. Bakıda gecə 5-7°, gündüz 10-12° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.