Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah bəzi yerlərdə duman, çiskin olacaq

12.12.2017 [13:23]

Dekabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 5-8°, gündüz 10-13°, Bakıda gecə 6-8°, gündüz 10-12° isti olacaq.