İDMAN


Şəkidə Prezident Kuboku uğrunda çövkən milli oyununun açılış mərasimi keçirilib

Şəkinin Daşüz kəndində yerləşən Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda növbəti çövkən milli oyunu üzrə yarışların rəsmi açılış mərasimi keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 20-dək davam edəcək ilk təsnifat mərhələsinin oyunlarında Şəki, Ağcabədi, Ağdaş, Ağstafa, Bərdə, İsmayıllı, Gəncə və Şəmkir regional mədəniyyət və turizm idarələrinin təmsilçiləri, həmçinin Bakı şəhərinin “Elit”, “Ömər”, “Polad” və “Sərhədçi” komandaları mübarizə aparırlar.