Bakıda “Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları” mövzusunda konfrans keçirilib
23.12.2017 [15:06]
Xəbərin mətni
Dekabrın 23-də Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı açan Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov ənənəvi olaraq hər il keçirilən konfransın əhəmiyyəti barədə danışıb.