CƏMİYYƏT


Uşaq evlərində məskunlaşmış uşaqlar üçün “Ekoloji laboratoriya” təşkil olunub

Dekabrın 26-da IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA Heyvanlara Qayğı Mərkəzində tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, 1, 2 və 3 nömrəli uşaq evlərində məskunlaşmış 100 nəfərə yaxın 6-11 yaşlı uşaqların iştirakı ilə təşkil edilən təlim “Təbiətə sevgi” mövzusuna həsr olunub.