Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qeyri-sabit hava şəraiti yanvarın 11-i gündüz saatlarınadək davam edəcək

10.01.2018 [13:50]

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, hazırda ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti yanvarın 11-nə qədər davam edəcək. Yanvarın 11-i gündüzdən hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Yanvar ayı boyunca isə fasilələrlə qağ yağacağı istisna olunmur.