Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah ölkə ərazisində qar yağacaq, bəzi yerlərdə intensiv olacaq

26.01.2018 [14:25]

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.