Şimal bölgəsində ən çox qar Xızının Altıağac qəsəbəsinə yağıb
27.01.2018 [11:54]
Xəbərin mətni
Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərinə 10 santimetrədək qar yağıb. Temperatur mənfi 2-8 dərəcə arasında dəyişir.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, ən çox yağıntı Xızının Altıağac qəsəbəsində qeydə alınıb. Burada qarın hündürlüyü 10 santimetrə çatır. Qubanın Xınalıq kəndinə 3, Qırız kəndində 5, Qusarın Ləzə kəndində isə 4 santimetr qar yağıb. Quba və Qusarın rayon mərkəzlərində isə müvafiq olaraq 2 və 4 santimetr qar var.