Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah havanın temperaturu 0-5° dərəcə olacaq

28.01.2018 [13:05]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 1-3° isti təşkil edəcək.