CƏMİYYƏT


Ölkə ərazisində şaxtalı hava şəraiti davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.