SİYASƏT


Bolqarıstan televiziyasında Azərbaycan ilə bu ölkə arasında əlaqələr barədə məlumat verilib

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin “Üçüncü kanal” televiziya kanalına müsahibə verib. Səfir Bolqarıstan-Azərbaycan əlaqələrinə toxunaraq energetika sahəsində əməkdaşlıqdan danışıb. O bildirib ki, 2014-cü ildə imzalanmış sazişə əsasən 2020-ci ilədək Azərbaycan Bolqarıstanda 1 milyon evi qazla təmin edəcək.