CƏMİYYƏT


Ombudsman Aparatında “Tvinninq” layihəsinin yekun nəticələri təqdim edilib

Yanvarın 31-də “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) imkanlarının gücləndirilməsinə dəstək” adlı “Tvinninq” layihəsinin yekun nəticələri ictimaiyyətə təqdim olunub. AZƏRTAC xəbər verir ki, “Tvinninq” layihəsini Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində Almaniya və Polşanın birgə iştirakı ilə həyata keçirib.