Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının dörddəbir final mərhələsinə vəsiqəni təmin edib

03.02.2018 [12:38]

Xəbərin mətni
Futzal üzrə Azərbaycan millisi Sloveniyada təşkil edilən Avropa çempionatının final mərhələsinə qələbə ilə başlayıb. AZƏRTAC xəbər verir ki, turnirin “D” qrupunda yer alan komandamız fevralın 2-də Lyublyanadakı “Stojice Arena”da Fransa millisi ilə qarşılaşıb. İtaliyalı baş hakim Angelo Qalantenin idarə etdiyi oyunda millimiz 5:3 hesabı ilə qalib gəlib.