CƏMİYYƏT


Sumqayıtda ümumi daxili məhsulun həcmi 30 faizdən çox artıb

Hesabat məruzəsi ilə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində 2017-ci il Sumqayıt üçün də uğurlu olub. Dövlətimizin başçısı il ərzində iki dəfə Sumqayıta səfər edərək bir sıra sənaye və sosial-mədəni obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edib.