MƏDƏNİYYƏT


Bir qrup gənc Azərbaycanın ilk milli komiksini hazırlayıb

“İRS cizgi” yaradıcılıq qrupunun “Koroğlu” adlı komiksi ölkəmizdə bu sahədə ilk hesab olunur. Milli komiksin ərsəyə gətirilməsi üçün gənclər tarixi araşdırma aparıb, arxiv materialları ilə tanış olub və dastandan ilhamlanaraq ilk olaraq Koroğlunu təqdim ediblər.