Futbol üzrə dünya çempionatının kuboku Bakıya gətirilib
09.02.2018 [14:24]
Xəbərin mətni
“Coca-Cola” şirkəti dünya çempionatının kubokunu dördüncü dəfə dünya turuna götürür və futbol dünyasının ən ali mükafatını Azərbaycan azarkeşlərinə göstərmək üçün Bakıya gətirib.
Kubokun Azərbaycana səfəri “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Xüsusi təyyarə ilə gətirilən kuboku Fransa millisinin heyətində 1998-ci ilin dünya çempionu Kristian Karambö müşayiət edib.